Moskvada şaurmadan zəhərlənənlərin sayı artıb

16:41 - 28 Avqust 2023 - DÜNYA

Moskvanın şimalında fast food satış məntəqəsində 40-dan çox insan şaurma və qril toyuq əti yedikdən sonra zəhərlənib.

Ucnoqta.az xəbər verir ki, bu barədə istintaq komitəsinin mətbuat xidmətindən məlumat verilib.

"İstintaqın məlumatına görə, avqustun 20-dən avqustun 24-dək qida zəhərlənməsi əlamətləri ilə 40-dan çox şəxs tibbi yardım üçün müraciət edib. Müəyyən edilib ki, həmin şəxslər Moskvanın şimalında yerləşən fast-fud məntəqələrindən birinin məhsullarını yeyiblər. ", - mətbuat xidmətindən bildiriblər.

İstintaq Komitəsi əlavə edib ki, cinayət işinin istintaqı çərçivəsində ərzaq məhsulları satılan yerlərdə 9 dəfə axtarış aparılıb. 

Xəbər xətti