Nigerdəki üsyançılar Qərbi Afrika ölkəsinin ərazisini tərk etmək tələbinə qarşı çıxan Fransanın Niameydəki səfiri Silven İteyə qarşı hələlik heç bir tədbir görməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Niger Press Agentliyinin baş redaktoru Abdurahman Şehu məlumat verib.
Hazırda Nigeriya hakimiyyəti Fransa səfirinin diplomatik missiyada qalmasına heç bir reaksiya verməyib deyən Şehu səfirin qaldığını və onun yerində işləməsini alqışlayıb.
Qeyd edək ki, bazar günü axşam, Fransa səfirinə ölkəni tərk etmək əmrini yerinə yetirmək üçün 48 saat verildi.