Təmir işləri ilə əlaqədar Gürcüstan Hərbi Magistral yolunda 700-ə yaxın ağır yük maşını yığılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Şimali Osetiya baş nazirinin müavini İrbek Tomaev operativ müşavirədə bildirib.
"Hazırda 14 çıxış zolağından 7-si işləyir. Bu, Yuxarı Larsın keçid qabiliyyətinə təsir göstərib. Təmir işləri ilə əlaqədar ağır yük maşınlarının sayı 700 ədədə qədər artıb", - Tomayev bildirib.
Onun sözlərinə görə, bütün nəqliyyat vasitələri Lars və Çmi qəsəbələri yaxınlığında yerləşən xüsusi dayanacaqlarda yerləşdirilib.
Üç gün ərzində keçid məntəqəsində təmir işləri yekunlaşacaq və o, normal rejimdə fəaliyyətə başlayacaq.