Litva Belarusla sərhəddə daha iki keçid məntəqəsinin işini dayandırmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Varşavada Baltikyanı ölkələr və Polşanın daxili işlər nazirlərinin Belarusa qarşı sərhəd siyasəti məsələsinə dair görüşündə Litvanın daxili işlər naziri Aqne Bilotaite məlumat verib.
"Daxili İşlər Nazirliyi daha iki keçid məntəqəsinin bağlanması ilə bağlı hökumətə təklif təqdim edəcək. Bu, Lavorişkes və Raiqardas qəsəbələrindəki keçid məntəqələrinə təsir edəcək", - məlumatda deyilir.