Əfqanıstanda 5,4 bal gücündə zəlzələ olub

14:28 - 28 Avqust 2023 - DÜNYA

Əfqanıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Proqnoz Monitorinq Mərkəzinin Telegram kanalında məlumat verilib.

Agentliyin məlumatına görə, yeraltı təkanlar avqustun 28-də yerli vaxtla saat 9:35-də olub. Zəlzələ Özbəkistanda da hiss olunub.

Yeraltı təkanların ocağının dərinliyi 200 km olub.

Xəbər xətti