Bəlucistan əyalətinin Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri, müxalif Ədalət Hərəkatı Partiyasının (JZM) lideri İmran Xanın yüksək səviyyəli vəkilin qətlini təşkil etməkdə təqsirli bilindiyinə görə istintaq orqanlarının rəyini rədd edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmənin nümayəndəsi Abdul Razzak Shar deyib.
Məlumata görə, məhkəmə bu cinayət işi üzrə Xanın həbs qərarını dayandırıb. Ümumilikdə, siyasətçiyə qarşı ölkənin müxtəlif polis bölmələrində və məhkəmələrində terrorizm, iğtişaşlara çağırış, hakimiyyəti təhqir etmək, korrupsiya və bir çox başqa maddələrlə 150 iş qaldırılıb.
Pakistan Ali Məhkəməsi Bəlucistan Məhkəməsinin qərarı ilə razılaşıb.