Ukrayna münaqişə bitənə qədər NATO-ya üzv ola bilməyəcək
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropanın daxili bazar üzrə komissarı Terri Breton Fransanın LCI telekanalının efirində bildirib. Breton qeyd edib ki, əks halda bu, bütün alyans ölkələrinin münaqişəyə girməsi demək olardı.
"Avropa ərazisində münaqişə davam etdikcə, Ukrayna NATO-ya üzv ola bilməz. Əks halda, Şimali Atlantika Müqavilənin 5-ci maddəsinə əsasən, bu, alyansın bütün ölkələrinin münaqişəyə girməsi demək olacaq" - komissar bildirib.