İki erməni hərbiçi öldü

11:38 - 28 Avqust 2023 - DÜNYA

Ermənistan silahlı qüvvələrinin iki hərbçisi güllə yarasından ölüb

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, avqustun 27-də hələ müəyyən edilməmiş şəraitdə ER Müdafiə Nazirliyinin hərbi hissəsinin hərbçiləri Artem Haykazyan və Armen Haykoviç Xaçatryan ölümcül güllə yarası alıblar.

Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.

Xəbər xətti