İsraildə yenidən kütləvi etirazlar başlayıb

22:52 - 26 Avqust 2023 - DÜNYA

Şənbə günü axşam on minlərlə israilli baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi ölkə hökumətinin siyasətinə və onun davam edən məhkəmə islahatlarına etiraz etmək üçün küçələrə çıxıb.

Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, ən böyük nümayiş Təl-Əvivdə keçirilib.

Təl-Əvivdəki nümayiş ənənəvi olaraq şəhərin şərqindəki hökumət binaları kompleksinin yaxınlığında keçirilib. Nümayişçilər hökumət əleyhinə şüarlar səsləndirib, İsrail bayraqlarını dalğalandırıb, məhkəmə islahatlarının ləğvini və “İsrail demokratiyasını xilas etməyi” tələb ediblər.

Mitinqi ölkəni 2021-ci ildə Eurovision Mahnı Müsabiqəsində təmsil edən israilli müğənni Eden Yelena açıb. Mitinqin əvvəlində o, izdihamla birlikdə İsrail himnini oxuyub.

Xəbər xətti