Ukraynaya məxsus iki MiQ-29 qırıcısı toööuşub

16:15 - 26 Avqust 2023 - DÜNYA

Ukraynaya məxsus iki MiQ-29 qırıcısı Jitomir vilayəti üzərində uçarkən toqquşub.

Ucnoqta.az xəbər verir ki, Bu barədə Ukraynanın “Apostrof” nəşri pilotlardan birinin dostları və qohumlarının sosial şəbəkələrdəki nəşrlərinə istinadən məlumat yayıb.

Hadisə ötən gün baş verib. Pilotlardan birinin öldüyü bildirilir.

İlkin məlumata görə, toqquşma təlim uçuşu zamanı baş verib.

Hələlik bu məlumatın rəsmi təsdiqi və ya təkzibi yoxdur.

Xəbər xətti