Türkiyənin xarici işlər naziri sentyabrda Moskvaya səfər edəcək

12:57 - 26 Avqust 2023 - DÜNYA

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın əvvəlində Moskvaya səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə məlumat verib.

Bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov Fidanın Rusiyaya səfərinin planlaşdırıldığını bildirmişdi.

Fidan Moskvada taxıl sazişini, Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpasını, həmçinin Rusiya-Türkiyə qaz qovşağının layihəsini müzakirə etmək niyyətindədir.

Xəbər xətti