Çin və Pakistanın Hərbi Hava Qüvvələri yaxın vaxtlarda Çinin şimal-qərbində “Qəhrəman Qartalı - 10” birgə təlimləri keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Manevrlər Ciuquan (Qansu əyaləti) və Yinçuan (Ninxia Hui Muxtar Rayonunun inzibati mərkəzi) şəhərləri ərazisində keçiriləcək. Təlimlər avqustun sonundan sentyabrın ortalarına qədər davam edəcəklər. Bu təlimlərin iki ölkənin silahlı qüvvələri arasında praktiki əməkdaşlığın dərinləşməsinə, real döyüş hazırlığının səviyyəsinin yüksəldilməsinə yardım edəcəyi gözlənilir.