Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. Bu, Fidanın Türkiyənin xarici işlər naziri vəzifəsində Ukraynaya ilk səfəridir.
Bundan əvvəl Türkiyə mediası Fidanın Ukrayna hakimiyyəti ilə danışıqlarının əsas mövzusunun taxıl müqaviləsinin bərpası olacağını yazmışdı. O, Rusiyaya qarşıdakı səfəri zamanı da eyni mövzunu müzakirə etməyi planlaşdırır.