Milanda istilər rekord həddə çatıb

16:03 - 25 Avqust 2023 - DÜNYA

Avqustun 23-ü Milanda son 260 ilin ən isti günü olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Lombardiya regionunun Ətraf Mühitin Mühafizəsi Agentliyi məlumat yayıb.

Məlumata görə, gün ərzində orta temperatur 33 dərəcə Selsi olub. Bu, 2003-cü il avqustun 11-də qeydə alınan əvvəlki rekord 32,8 dərəcə Selsi göstəricisindən 0,2 dərəcə yüksəkdir.

Cümə günü İtaliya Səhiyyə Nazirliyi Roma və Milan da daxil olmaqla 19 şəhərdə hava şəraitinin ən yüksək təhlükə səviyyəsini açıqlayıb. Bu həftə İtaliyanın bəzi yerlərində hava 39-40 dərəcəyə qədər isinib.

Xəbər xətti