Priqojinin ölümünün rəsmi təsdiqi yoxdur - Rəsmi Kreml

14:12 - 25 Avqust 2023 - DÜNYA

Kreml Priqojinin ölüb-ölməməsi sualına cavab verib

Ucnoqta.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ictimaiyyəti iş adamı Yevgeni Priqojinin təyyarəsindən götürülən qalıqların genetik ekspertizasının rəsmi nəticələrini gözləməyə çağırıb.

Peskovun sözlərinə görə, Kreml "Vaqner PMC"nin yaradıcısının ölümünün rəsmi təsdiqini hələ almayıb, bu, Rusiya prezidenti Vladimir Putinin Priqojinin təyyarəsinin Tver vilayətində qəzaya uğraması ilə bağlı xəbərlərə şərhlərində də nəzərə çarpır.

Bundan əvvəl Putin Priqojini çətin taleyi olan insan və istedadlı iş adamı adlandırmışdı.

Xəbər xətti