Almaniyada güclü yağış nəticəsində 18 nəfər xəsarət alıb

13:44 - 25 Avqust 2023 - DÜNYA

Almaniyanın Bavariya və Baden-Vürtemberq federal əyalətlərində cümə günü gecə saatlarında yağan güclü yağışlar nəticəsində ən azı 18 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bild məlumat yayıb. Məlumata görə, beş nəfər xəstəxanaya yerləşdirilib.

Bavariyanın Konstans gölündə yerləşən Lindau şəhərində pis hava şəraiti ağacların düşərgəyə aşmasına səbəb olub. Nəticədə biri ağır olmaqla 6 nəfər xəsarət alıb. 900 nəfər təxliyə edilməli olub.

Bundan əlavə, Nördlingendə bayker festivalında daha 10 nəfər xəsarət alıb. Üç nəfər xəstəxanaya çatdırılıb. 

Xəbər xətti