Finlandiya hökuməti Ukraynaya yeni hərbi yardım paketi göndərmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, hökumətin mətbuat xidmətindən verilən məlumata görə, onun dəyəri təxminən 94 milyon avrodur.
Ümumilikdə, Kiyev bu günə qədər Helsinkidən 18 yardım paketi alıb, onların ümumi dəyəri təxminən 1,3 milyard avrodur.
Yeni paketin və çatdırılma planının konkret məzmunu açıqlanmayıb.