21 yaşdan aşağı şəxslərə tütün və spirtli içkilərin satışı qadağan edilib - Özbəkistanda

12:21 - 25 Avqust 2023 - DÜNYA

Özbəkistanda 21 yaşdan aşağı şəxslərə tütün və alkoqollu məmulatların satışına qadağa qoyulub.

Ucnoqta.az xəbər verir ki, müvafiq qanunu mayın 25-də respublika prezidenti Şavkat Mirziyoyev imzalayıb.

Məqsəd vətəndaşların, xüsusilə də yaşı 21-dən az olan şəxslərin sağlamlığının alkoqol və tütün məmulatlarının istifadəsinin zərərli təsirlərindən, bununla bağlı sosial və digər neqativ nəticələrdən qorunmasına yönəlib. Bundan əlavə, qanun bu məhsulların mağazalardakı özünəxidmət rəflərindən, stasionar obyektlərdən kənarda, avtomatlar, elektron ticarət vasitəsilə satışını qadağan edir.

Prezidentin imzaladığı sənəddə siqaret çəkilməsi qadağan olunan ictimai yerlərin siyahısı da genişləndirilib. O cümlədən, qadağa ticarət və xidmət obyektlərinə, eləcə də kütləvi istirahət üçün nəzərdə tutulmuş istənilən qapalı tikililərə şamil edilir.

Xəbər xətti