BMT-nin Cenevrədəki mənzil-qərargahında təhlükəsizlik məsələsi həll olunub

11:05 - 25 Avqust 2023 - DÜNYA

Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki qərargahında təhlükəsizlik problemi həll olunub

Ucnoqta.az xəbər verir ki, bu barədə İsveçrənin bu şəhərdəki ofisinin informasiya xidmətinin rəhbəri Alessandra Vellucci məlumat yayıb.

"Millətlər Sarayı ilə bağlı məsələ artıq həll olunub, bütün giriş nöqtələri açılıb", - açıqlamada deyilir.

Problemin konkret nədən ibarət olduğu barədə məlumat verilmir.

Xəbər xətti