Hindistan Kosmik Agentliyi Ayda aparatının fotosunu dərc edib və dərhal silib

10:09 - 25 Avqust 2023 - DÜNYA

 Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) "Çandrayaan-2" Ay orbitatoru tərəfindən çəkilmiş "Çandrayaan-3" Ay eniş aparatının şəklini dərc edib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, lakin tezliklə departamentin X sosial şəbəkəsində səhifəsində yerləşdirilən foto silinib.

"Mən səni izləyirəm!" - "Çandrayan-2" aparatı adından tvitində bildirib.

Bildirilir ki, "Çandrayaan-2" orbitatorunun yüksək ayırdetmə qabiliyyətinə malik kamerası hazırda Ay ətrafında ən yaxşı ayırdetmə qabiliyyətinə malikdir.

Lakin bir neçə dəqiqə sonra kosmos agentliyi naməlum səbəbə görə bu postu səhifədən silib. Bir çox media şəkli kopyalamağı bacarıb.

Xəbər xətti