Maqnus Karlsen şahmat üzrə Dünya Kubokunun qalibi olub

15:54 - 24 Avqust 2023 - İDMAN

 Norveçli Maqnus Karlsen ilk dəfə şahmat üzrə Dünya Kubokunun qalibi olub.

Ucnoqta.az xəbər verir ki, Bakıda keçirilən yarışda Norveç şahmatçısı Maqnus Karlsen hindistanlı Rameşbaba Praqnanandanı tay-brekdə məğlub edərək Dünya Kubokunun qalibi olub.

Klassik şahmatın çərşənbə axşamı və çərşənbə günü keçirilən iki oyunu heç-heçə başa çatıb. Tay-brekin ilk oyununda norveçli rəqibini qara fiqurlarla məğlub edib, ikinci oyunda şahmatçılar yenə də güclüləri müəyyən edə bilməyiblər.

Karlsen ilk dəfə Dünya Kubokunu qazandı. Norveçli Beynəlxalq Şahmat Federasiyasının reytinqinin lideridir, 2013-cü ildə klassik şahmat üzrə dünya çempionu olub və dörd dəfə bu titulu qoruyub.

Xəbər xətti