Məhkəmənin İmran Xanla bağlı qərarında prosessual nöqsanlar var - Ali Məhkəmə

14:22 - 24 Avqust 2023 - DÜNYA

Pakistan Ali Məhkəməsi avqustun əvvəlində İslamabadın Ali Məhkəməsi tərəfindən dələduzluqda günahlandırılaraq üç il müddətinə azadlıqdan məhrum edilən keçmiş baş nazir İmran Xana verilən hökmün düzgünlüyünə şübhə ilə yanaşır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin sədri Umar Ata Bandial "The Express Tribune" qəzetinə deyib. İdarədən bildiriblər ki, birinci instansiya məhkəməsinin qərarında prosessual nöqsanlar var.

Bandial Xanın hökmə yenidən baxılması tələbini nəzərdən keçirmək üçün Ali Məhkəmənin xüsusi heyətinə rəhbərlik edib. 

Pakistan paytaxtının məhkəməsi cümə axşamı günortadan sonra baxmağa başlayacaq.

Xəbər xətti