Əfqanıstanın paytaxtında iki taliban öldürülüb

13:33 - 24 Avqust 2023 - DÜNYA

Əfqanıstan Azadlıq Cəbhəsi üsyançı qruplaşmasının tərəfdarları Kabildə Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal Taliban hərəkatının iki tərəfdarını öldürüblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aamaj News agentliyi müqavimət qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilir ki, qiyamçılar paytaxtın şimal bölgəsində Talibanın mövqelərinə hücum edib. Nəticədə iki radikal öldürülüb, daha beş nəfər yaralanıb. Müqavimət qüvvələrinin tərəfdarları arasında itkilər barədə məlumat verilmir.

Taliban nümayəndələri hələlik insidentlə bağlı şərh verməyiblər.

Xəbər xətti