Qazaxıstan və Pakistan hərbçiləri Şərqi Qazaxıstan vilayətində birgə antiterror təlimləri keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Dostluq-2023” təlimi Qazaxıstan və Pakistanın müdafiə nazirlikləri arasında bu il üçün ikitərəfli əməkdaşlıq planına uyğun olaraq təşkil edilib.
Təlimlər böhran vəziyyətlərində xüsusi əməliyyatın birgə planlaşdırılması metodologiyasının işlənib hazırlanmasına yönəlib.
Müdafiə Nazirliyi bildirir ki, təlimlərə piyadaların döyüş maşınları, artilleriya və zenit sistemləri, Mi-17 helikopterləri və PUA-ları cəlb olunub.