İraqın şimalında 3 PKK tərəfdarı öldürülüb

12:38 - 24 Avqust 2023 - DÜNYA

İraqın Ərbil vilayətinin şimalında Türkiyəyə məxsus pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində PKK-nın üç tərəfdarı öldürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.

Məlumata görə, ölənlərdən biri PKK-nın tanınmış səhra komandiri olub. Türkiyənin PUA-sı PKK tərəfdarlarını daşıyan avtomobilə hücum edib, onların hamısı həlak olub. Hadisə əyalətin paytaxtı Ərbil şəhərinin şimalında baş verib.

Xəbər xətti