Ukrayna F-16-ları ən qısa zamanda, lakin lazımi şərtlər yerinə yetirildikdən sonra alacaq
Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren Kiyevdə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, söhbət pilotların, texniklərin və infrastrukturun hazırlanmasından gedir. O, aydınlaşdırıb ki, təyyarələrdən əlavə, təmir üçün ehtiyat hissələri və bu qırıcılar üçün silahlar da lazım olacaq.
O, həmçinin təsdiqləyib ki, F-16 pilotlarının hazırlığı artıq başlayıb və bu, bunun nə qədər vaxt aparacağını müəyyənləşdirməyə kömək edəcək.