Avstraliya Silahlı Qüvvələrinin üzvləri İndoneziya Müdafiə Nazirliyi tərəfindən sentyabrın əvvəlində keçiriləcək təlimdə iştirak edəcəklər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın əvvəlində Yavanın şərqində keçiriləcək “Super Garuda Shield” təlimində 120-dən çox avstraliyalı hərbçi iştirak edəcək. Kanberra həmçinin M1A1 Abrams tanklarından ibarət bölmə, piyada taqımı, eləcə də bir sıra zirehli texnika, yük maşınları və xilasedici maşınlar göndərəcək.
Təlimlər Avstraliya Hərbi Hava Qüvvələrinin bazar ertəsi səhər saatlarında başlayan manevrləri başa çatdıqdan dərhal sonra başlayacaq.