Emoməli Rəhmon Qazaxıstana səfər edəcək

08:47 - 24 Avqust 2023 - DÜNYA

Tacikistan prezidenti Emoməli Rəhmon avqustun 25-26-da Qazaxıstanda işgüzar səfərdə olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan lideri Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, səfər zamanı əməkdaşlı barədə yüksək səviyyəli danışıqlar aparılacaq, ticarət-iqtisadi, nəqliyyat, logistika və investisiya məsələlərinə baxılacaq.

İki ölkənin liderləri Qazaxıstanda Tacikistanın Mədəniyyət Günlərinin açılış mərasimində də iştirak edəcək və Tacikistanın kənd təsərrüfatı məhsulları sərgisini ziyarət edəcəklər.

Xəbər xətti