Kiyevin qərb kənarında güclü partlayış baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri öz Telegram kanalında məlumat yayıb.
Partlayışın Borşaqovka ərazisindən gəldiyi bildirilir. Həmin an Ukrayna paytaxtında hava hücumu xəbərdarlığı elan edilməyib.