Cənubi Koreya hərbçiləri Şimali Koreyaya məxsus raketin hissələrini axtarır

07:29 - 24 Avqust 2023 - DÜNYA

 Cənubi Koreyanın silahlı qüvvələri cümə axşamı gecəsi KXDR tərəfindən buraxılan peyklə raketin dağıntıları və hissələrinin axtarışı üçün əməliyyat keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Əməliyyatda həm döyüş gəmiləri, həm də aviasiya iştirak edir.

Şimali Koreya cümə axşamı gecəsi, ehtimal ki, kəşfiyyat peyki ilə ballistik raket buraxıb. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, buraxılışdan təxminən 15 dəqiqə sonra raket Okinava prefekturasının ərazisində Yaponiyanın hava məkanından keçərək Sakit Okeana doğru uçub. Yaponiyada raket buraxılışı ilə əlaqədar təcili xəbərdarlıq sistemi işə düşüb. Xüsusilə, Okinavanın cənub prefekturasının sakinlərinə davamlı binalara və ya yerin altına sığınmağa çağırılıb. Raket Yaponiya hava məkanını keçdikdən sonra xəbərdarlıqlar götürülüb.

Kosmosa buraxıldıqdan təxminən iki saat sonra Koreya Mərkəzi Xəbər Agentliyi kəşfiyyat peykinin buraxılışının raket daşıyıcısının uçuşunun üçüncü mərhələsindəki problemlərə görə uğursuz olduğunu bildirib. 

Xəbər xətti