“Embraer” biznes-jeti Tver vilayətində qəzaya uğrayıb, göyərtəsində olanların hamısı həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Embraerq təyyarəsi Şeremetyevodan Sankt-Peterburqa uçurmuş. Təyyarədə üç pilot və yeddi sərnişin olub. Onların hamısı həlak olub", - mənbə bildirib.
Öz növbəsində fövqəladə hallar xidməti TASS-a bildirib ki, 4 nəfərin cəsədi tapılıb. O, həmçinin əlavə edib ki, təyyarə yerə çırpılan zaman yanıb, yarım saatdan az vaxt ərzində uçuşda olub.
Boloqovski rayonunun vahid növbətçi-dispetçer xidmətinin məlumatına görə, fövqəladə vəziyyətdə qurbanlar barədə məlumat daxil olmayıb. "Qəza Kujenkino kəndində, M-10 magistralından bir qədər aralıda tərk edilmiş fermadan iki kilometr aralıda baş verib", - agentliyin həmsöhbəti əlavə edib.
Federal Hava Nəqliyyatı Agentliyi qəza ilə bağlı araşdırmalara başlayıb. İdarədən bildirilib ki, təyyarədə olan sərnişinlər arasında Yevgeni Priqojin də olub.