Xorvatiya Ukraynaya 30 milyon avroluq hərbi yardım paketi verəcək

19:28 - 23 Avqust 2023 - DÜNYA

Xorvatiya Ukraynaya 30 milyon avro məbləğində hərbi yardım paketi verəcək

Ucnoqta.az xəbər verir ki, bunu Xorvatiyanın baş naziri Andrey Plenkoviç Kiyevdə keçirilən Krım Platforması forumunda çıxışı zamanı bildirib. Bildirilir ki, Xorvatiya Ukraynaya 30 milyon avroluq hərbi yardım paketinin köçürülməsi barədə qərar qəbul edəcək.

Plenkoviç qeyd edib ki, Zaqrebin Kiyevə dəstəyi konkretdir və gələcəkdə də davam edəcək.

“Krım Ukraynadır. Xorvatiya Ukrayna ilə birlikdədir”, - deyə o, yekunlaşdırıb.

Xəbər xətti