“Çandrayaan-3” stansiyasının eniş modulu Ayın səthinə enməyə başlayıb

16:31 - 23 Avqust 2023 - DÜNYA

Hindistanın “Çandrayaan-3” Ay stansiyasının eniş modulu Ay orbitində verilmiş nöqtəyə daxil olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Ayın eniş əməliyyatını canlı yayımlayan Hindistan Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb. O, Ay səthinə enməyə başlayıb.

Enişin təxminən 20 dəqiqə davam edəcəyi gözlənilir.

Qurğunun Ayın səthinə kiçik bir rover aparması nəzərdə tutulur.

Bu Hindistanın göndərdiyi üçüncü Ay ekspedisiyasıdır. Hindistanın ilk Ay avtomatik stansiyası "Çandrayan-1" 2008-ci ilin noyabrında Yerin peyk orbitinə buraxılıb.

Xəbər xətti