Bir gündə Ukraynaya məxsus 18 PUA vurulub

16:15 - 23 Avqust 2023 - DÜNYA

Rusiya Hava Hücumundan Müdafiəsi bir gündə HIMARS raketini və 18 pilotsuz təyyarəsini vurub

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Ukraynanın pilotsuz təyyarələri Luqansk, Privolye, Makiivka, Donetsk, Kurdyumovka, Zaporojya vilayətinin Çistopolye, Lyubimovka, Mirne və İnjenernoe yaşayış məntəqələrinin ərazilərində məhv edilib.

Həmçinin avqustun 23-nə keçən gecə Rusiya Müdafiə Nazirliyi üç Ukrayna pilotsuz təyyarəsinin Moskvaya hücumlarını dayandırdığını açıqlayıb. Onlardan ikisi Moskva vilayətinin Mojaysk və Ximki rayonları üzərində hava hücumundan müdafiə vasitələri ilə havada məhv edilib.

Xəbər xətti