Rusiya sərhədləri yaxınlığında rekord sayda NATO kəşfiyyat təyyarəsi aşkar edilib

16:01 - 23 Avqust 2023 - DÜNYA

 Rumıniya hava məkanında və Qara dəniz üzərində Rusiya sərhədləri yaxınlığında NATO ölkələrindən rekord sayda kəşfiyyat təyyarəsi görülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Adevarul” nəşri məlumat yayıb.

Məlumata görə, Şimali Atlantika Alyansının təyyarələri avqustun 21-də rusların Krımda hərəkətlərini diqqətlə izləyib. Bu cür fəaliyyət bir müddətdir davam edir, lakin avqustun 20-də rekord sayda belə uçuşların sayı qeydə alınıb.

Söhbət xüsusilə "Boeing E-3 Sentry", "Lockheed EP-3E Aries II" və "Bombardier Challenger 650 ARTEMIS" erkən xəbərdarlıq təyyarələrinin əməliyyatlarından gedir. Nəşrin məlumatına görə, kəşfiyyat fəaliyyətləri sahəsi 100 min kvadratmetrə çatan ərazini izləyə bilən "RQ-4B Global Hawk" pilotsuz uçan aparatı tərəfindən də həyata keçirilib. 

Avqustun 22-də Rusiya Aerokosmik Qüvvələri Krım yaxınlığında kəşfiyyat aparan iki "MQ-9 Reaper" və "TB2 Bayraktar" pilotsuz təyyarəsinin uçuşunu qeydə alıb.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi aydınlaşdırıb ki, Rusiya Federasiyasının dövlət sərhədinin mümkün pozulmasının qarşısını almaq və elektron kəşfiyyata qarşı mübarizə məqsədilə hava hücumundan müdafiə qüvvələrinin növbətçi hissəsindən iki qırıcı havaya çıxarılıb.

Xəbər xətti