Finlandiyanın baş naziri Petteri Orpo ölkəsinin Ukraynaya yeni hərbi yardım paketi hazırladığını bildirib.
Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, Orpo bu barədə Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında bildirib.
Zelenski Finlandiya baş nazirinin bugünkü səfərinin “mənalı və faydalı” olduğunu bildirib. Xüsusən, dövlət başçıları döyüş meydanındakı vəziyyəti, ölkələr arasında təhlükəsizlik və humanitar əməkdaşlıq, eləcə də Finlandiyadan gələcək yardım paketlərində Ukrayna üçün prioritet mövqeləri müzakirə ediblər.
Ümumilikdə, Finlandiya Ukraynaya 1,7 milyard avro dəyərində hərbi və humanitar yardım göstərib ki, bunun da 1,2 milyard avrosu müdafiə üçün nəzərdə tutulub.