Rusiyanın S-400 sistemi belə məhv edildi - VİDEO

14:51 - 23 Avqust 2023 - DÜNYA

Avqustun 23-də Krımda Rusiyanın uzun və orta mənzilli S-400 “Triumf” zenit-raket kompleksi məhv edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb. Məlumata görə, Krımın Tarxankut burnunda Yelenovka kəndi yaxınlığında Rusiyanın S-400 “Triumf” uzun və orta mənzilli zenit-raket kompleksi məhv edilib. .

Kəşfiyyat məlumatlarında qeyd edildiyi kimi, partlayış nəticəsində qurğunun özü, onun üzərində quraşdırılan raketlər və şəxsi heyət tamamilə məhv edilib.

Xəbər xətti