Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Avqustun 22-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədrinin tapşırığına əsasən Laçın dəhlizinə səfər etmək və bu barədə hesabat vermək üçün Ermənistana gəlmiş ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib”, - məlumatda deyilir.