Hindistanın şərqində tikilməkdə olan dəmir yolu körpüsünün uçması nəticəsində azı 17 nəfər ölüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Hadisə çərşənbə günü Aijal şəhərindən təxminən 20 km şimal-qərbdə baş verib.
Bu günə qədər 17 nəfərin cəsədi tapılıb, bir çoxu itkin düşüb.
İlkin məlumatlara görə, çökmə zamanı tikintidə 35-40 nəfər olub. Hazırda xilasetmə işləri aparılır.