Havayda meşə yanğınları nəticəsində itkin düşənlərin sayı min nəfəri ötüb

10:36 - 23 Avqust 2023 - DÜNYA

Havayda meşə yanğınlarından sonra itkin düşənlərin sayı 1,1 min nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə CBS telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, itkin düşənlərin sayı 1 mindən 1,1 minə qədərdir. Yanğınlar nəticəsində 115 nəfərin həyatına son qoyub. Axtarış-xilasetmə əməliyyatları davam edir. 

Bundan əvvəl Maui dairəsinin meri Riçard Bissen 850 nəfərin itkin düşdüyünü bildirmişdi.

Xəbər xətti