Rusiya tərəfi Ukraynada Starlink peyk rabitə sistemini pozmağa çalışır.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Kosmik Qüvvələrinin komandanı, general Ceync Saltzman “The Washington Post” qəzetinə müsahibəsində deyib.
Saltzman bildirib ki, Birləşmiş Ştatlar ABŞ ordusunun ehtiyacları üçün aşağı Yer orbitinə böyük peyklər bürcü yerləşdirməyə çalışır. Buraya 1 minə qədər cihaz daxil ola bilər. Onun fikrincə, əgər bu peyklərin sayı kifayət qədər çox olarsa, digər ölkələrin onlara hər hansı zərər vurması “hədəflənmə baxımından daha ciddi problem” olacaq. Generalın sözlərinə görə, Birləşmiş Ştatlar "Ukraynadakı Starlink bürcündə belə effekt görür".
Saltzmanın fikrincə, ruslar onu sıxışdırmağa çalışırlar. Nəşrdən məlum olduğu kimi, general bu cəhdlərin guya uğursuz olduğunu qeyd edib.