İran Tehrana qarşı qalxan hər bir əli kəsməklə hədələyib

16:06 - 22 Avqust 2023 - DÜNYA

“İrana təcavüz edən hər hansı bir əli kəsiləcək”.

Ucnoqta.az “FarsNews”a istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.

O, ölkənin müdafiə sənayesinin İranın təhlükəsizliyinin təmin edilməsi və möhkəmləndirilməsində Silahlı Qüvvələrə dəstək verdiyini vurğulayıb. Ayətullah, eyni zamanda, sərt sanksiyalara baxmayaraq, İranın müdafiə və nüvə sənayesinin əhəmiyyətli irəliləyiş əldə etdiyini vurğulayıb.

“Bu gün biz İranı dünyaya inamla qabaqcıl və texnoloji ölkə kimi təqdim edə bilərik ki, bu da gənc alimlərimizin səyləri və bacarıqlı əlləri sayəsindədir və buna İslam İnqilabının Ali Rəhbərinin rəhbərliyi ilə nail olunub”- Rəisi vurğulayıb.

Xəbər xətti