Putin və Ərdoğanın görüşü Rusiyada keçirilə bilər - KİV

15:13 - 22 Avqust 2023 - DÜNYA

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü Rusiya Federasiyasında baş tuta bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

“Prezident Ərdoğanın Rusiyaya gözlənilən səfəri taxıl sövdələşməsinin bərpası ilə bağlı razılığın əldə olunması üçün çox vacibdir”, - mənbə deyib.

Türkiyə liderinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda liderlər arasında danışıqların planları ilə bağlı dəqiqlik yoxdur.

Xəbər xətti