Əlcəzair Nigerdə ​hərbi əməliyyat üçün Fransaya hava məkanı verməkdən imtina edib

14:44 - 22 Avqust 2023 - DÜNYA

Əlcəzair Fransa təyyarələrinin Nigerə hücumunu qadağan edib

Ucnoqta.az xəbər verir ki, bu barədə Əlcəzairin dövlət radiostansiyası Radio Algérienne məlumat yayıb. Məlumata görə, Əlcəzair Nigerdə ​​mümkün hərbi əməliyyat üçün Fransaya hava məkanı verməkdən imtina edib.

"Əlcəzair qonşu Nigerdə ​​istənilən xarici hərbi əməliyyata qarşıdır və konstitusiya quruluşunu bərpa etmək üçün diplomatiya prinsiplərinə riayət edir", - dövlət radiosu bildirib.

Əlcəzairin Fransa hərbi təyyarələrinə hava məkanı verməsi qadağası 2021-ci ildən qüvvədədir.

Xəbər xətti