Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

14:35 - 22 Avqust 2023 - DÜNYA

Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb

Ucnoqta.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təbii fəlakət qurbanlarının ümumi sayı 29 nəfərə çatıb.  Gürcü xilasediciləri dağlıq Raça bölgəsindəki Şovi kurortunda sürüşmə nəticəsində ölən daha bir nəfərin cəsədini aşkar ediblər.

Daha 4 nəfərin axtarışları davam etdirilir.

Xatırladaq ki, avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib.

Xəbər xətti