Avropa İttifaqı cari il üçün Ukraynaya makromaliyyə yardımı proqramı çərçivəsində Kiyevə 1,5 milyard avro həcmində yeni tranş göndərib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.
"Bu gün biz Ukraynaya yeni 1,5 milyard avro ödədik. Bu il və sonra daha çox olacaq", - o, X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, bu vəsaitlər ölkənin Rusiya ilə münaqişə kontekstində fəaliyyətini saxlamağa yönəlib.
"Biz Ukraynanı dövlətin səmərəliliyini bərpa etmək və saxlamaq səylərində dəstəkləyirik", - o əlavə edib və Aİ-nin Ukrayna ilə həmrəy olduğunu vurğulayıb.
Avropa İttifaqı Ukraynaya 2023-cü il üçün 18 milyard avro məbləğində makromaliyyə yardımı proqramını razılaşdırıb.