Bayden 15 il əvvəl baş verən yanğında həyat yoldaşını itirəcəyindən danışıb

13:18 - 22 Avqust 2023 - DÜNYA

ABŞ prezidenti Co Bayden Havay adasındakı Maui adasında baş verən irimiqyaslı meşə yanğınlarının qurbanlarına başsağlığı verib.

Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Fox News-a Havay adasındakı Maui adasındakı kütləvi meşə yanğınlarının qurbanlarına rəğbətini ifadə edərək, bu fövqəladə vəziyyəti 15 il əvvəl evində baş verən yanğın zamanı "az qala həyat yoldaşını itirməsi" ilə müqayisə edib. 

"Jill (Co Baydenin həyat yoldaşı) və mənim evi itirməyin nə olduğu haqqında bir az təsəvvürüm var. 15 il əvvəl mən Vaşinqtonda idim. Evimizi ildırım vurdu. Naqillər zədələndi. Bir sözlə, mən az qala həyat yoldaşımı, "Corvette 67" markalı avtomobilimi və pişiyimi itirəcəkdim”, - o,deyib.

2004-cü ildə Associated Press yazır ki, “senator Cozef Baydenin evinə ildırım düşüb, mətbəxdə kiçik yanğın baş verib” və yanğınsöndürənlər onu “20 dəqiqə ərzində söndürə biliblər”.

Xəbər xətti