Fransanın cənubundakı Nimes şəhərində on yaşlı uşaq küçədə açılan atəş nəticəsində həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə France Info radiosu məlumat yayıb.
İlkin məlumatlara görə, cəhdin hədəfi oğlanın dayısı olub, o, özü və ikinci qardaşı oğlu ilə birlikdə restorandan maşınla qayıdırmış.
Kişi kürəyindən bir neçə güllə yarası alsa da, ən yaxın xəstəxanaya çatdırılıb. Lakin onun 10 yaşlı qardaşı oğlu aldığı yaralardan dünyasını dəyişib. İkinci uşaq xəsarət almayıb.