Məşhur yapon brendi Rusiyanı tamamilə tərk edib
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yaponiyanın məşhur geyim brendi "Uniqlo" Rusiyada biznesini dayandırıb.
"Uniqlo" Rusiyadakı bütün mağazaları üçün bina icarəyə götürməkdən imtina edib. Bu obyektlər artıq digər pərakəndə satıcılar tərəfindən tutulub.
Qeyd edək ki, bir çox tanınmış brendlər Ukraynadakı hərbi əməliyyatlar fonunda Rusiya bazarını tərk edib.