Kiyev "F-16"lara görə bir neçə şərt yerinə yetirməlidir - Pentaqon

08:28 - 22 Avqust 2023 - DÜNYA

ABŞ-ın F-16 qırıcı-bombardmançı təyyarələrinin təhvil verilməsinə razılıq verməsi üçün Kiyev bir neçə şərt yerinə yetirməlidir

Ucnoqta.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

Sinq bildirib ki, ukraynalı pilotların "F-16"nı idarə etmək üçün “ciddi ingilis hazırlığına” ehtiyacı olacaq.

Pentaqonun mətbuat katibinin müavini bildirib ki, Ukrayna tərəfi təlim üçün pilotların ümumi sayını müəyyənləşdirəcək. Onun sözlərinə görə, Kiyev hələ də neçə pilotun hazırlana biləcəyini müəyyənləşdirir.

Pentaqonun sözçüsünə görə, təlimlərdə liderlik edən Danimarka və Niderland qrafikdən geri qalırsa və ya daha çox Ukrayna pilotunun hazırlanmasına ehtiyac yaranarsa, o zaman Ştatlar təlim prosesinə qoşulacaq.

Xəbər xətti